FİFA 2013-cü ilin 10 ən gözəl qolunu açıqladı - SİYAHI

FİFA 2013-cü ilin 10 ən gözəl qolunu açıqladı - SİYAHI
FİFA 2013-cü ilin ən gözəl qoluna 10 namizədin siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, qurum ən yaxşılar arasında seçim etməyi azarkeşlərin öhdəsinə buraxıb.
Qurumun saytı vasitəsilə səs verəcək azarkeşlər 2013-cü ilin qolunu müəyyənləşdirəcək. Dekabrın 9-a qədər davam edəcək səsvermənin 1-ci mərhələsindən sonra namizədlərdən yalnız 3-ü Ferens Puşkaş mükafatı uğrunda mübarizəni davam etdirəcək.
10 ən gözəl qoldan ikisinin müəllifi qadın futbolçudur. İki qol isə ötən il analoji siyahı açıqlandıqdan sonra vurulduğu üçün bu dəfəki siyahıya daxil edilib.
Qeyd edək ki, 2009-cu ildən təsis olunan mükafatı Kristiano Ronaldo (2009), Həmit Altıntop (2010), Neymar (2011) və Miroslav Stox (2012) qazanıblar.
1. Peter Ankersen - 10.08.2013
Danimarka çempionatı: “Esbyerq” - “Orxus”
2. Liza De Vanna - 01.06.2013
Yeni Zelandiya çempionatı: “Skay Blu” - “Boston Breakers”
3. Antonio Di Natale - 07.04.2013
İtaliya çempionatı: “Udineze” - “Kyevo”
4. Zlatan İbrahimoviç - 01.11.2012
Yoldaşlıq oyunu: İsveç - İngiltərə
5. Panagiotis Kone - 16.12.2012
İtaliya çempionatı: “Napoli” - “Bolonya”
6. Daniel Luduena - 27.07.2013
Meksika çempionatı: “Paçuka” - “Tigres”
7.Nemanya Matiç - 13.01.2013
Portuqaliya çempionatı: “Benfika” - “Porto”
8. Luisa Necib - 17.03.2013
Fransa çempionatı: “Lion” - “Sent-Eryenn”
9. Neymar - 15.06.2013
Konfederasiyalar kuboku: Braziliya - Yaponiya
10.Xuan Manuel Oliveyra - 28.08.2013
Sudamerikana kuboku: “Nautiko” - “Resife” 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər