26 il "Mançester Yunayted"i çalışdıran və 38 kubok qazandıran Aleks Ferqyusonun məşqçi karyerasını bitirəndən sonra "qırmızı-şeytanlar" böyük uğurlara həsrət qalıb. Şotland mütəxəssisin son mövsümündə - 2012/13-də çempion olan komandada sonrakı 5 ildə David Moyes, Rayan Giqqz, Luis van Qaal və hazırkı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında "Ser" ləqəbli məşqçinin yerini lazımınca doldura bilməyib.
Moyes mövsümü bitirmədən qovulubsa, "qırmızılar"ın əfsanəsi Giqqz etimadı doğrultmayıb, van Qaal dağılmış komanda qoyub, bu komandanı toparlamalı və əvvəlki günlərinə qaytarmalı olan Mourinyonun da işləri yaxşı getmir.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"də 26 il keçirən Ferqyuson transferlərə cəmi 716 milyon avro xərcləyib. Onun yerinə gələn 4 baş məşqçi uğursuz nəticələrlə yanaşı, şotland mütəxəssisin 26 ildə xərclədiyini 5 ildə xərcləyib.
Belə ki, David Moyeslə Rayan Giqqz transferlərə 64.6, Luis Van Qaal 265.5, Joze Mourinyo isə 408 milyon avronu sadəcə transferlərə xərcləyib. Komandanı son 5 ildə çalışdıran məşqçilər 740.9 milyon avro xərcləyib. Bunun qarşılığında isə "qırmızı-şeytanlar" 2 dəfə Federasiya Kubokunu, bir dəfə İngiltərə Super Kubokunu və Avropa Liqasını qazanıb.
Fanat.Az