Fernandu Santuş mətbuat konfransı keçirəcək

Fernandu Santuş mətbuat konfransı keçirəcək

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 19-da, Solna şəhərindəki “Stouberri Arena”da İsveçlə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş oyunöncəsi mətbuat konfransı keçirəcək. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan bir gün öncə Bakı vaxtı ilə saat 20:00-da jurnalistlərin qarşısına çıxacaq. 

Bundan bir saat sonra isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.

Onu da əlavə edək ki, İsveç milli komandası noyabrın 18-də saat 14:30-da son məşqini keçirəcək. 15:45-də isə yerli komandanın çalışdırıcısı üçün mətbuat konfransı təşkil olunacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər