Fernando Alonso rekorda imza atdı

Fernando Alonso rekorda imza atdı

“Alpin” komandasının pilotu Fernando Alonso karyerasında 350-ci Qran-Priyə qatılıb.

Fanat.Az xəbər verir ki, Sinqapurdakı yarışda çıxış edən 41 yaşlı ispaniyalı Formula 1 tarixində ən çox yarışda iştirak edən pilot olub.

İkiqat dünya çempionu bu göstəricidə 2007-ci il mövsümünün qalibi, finlandiyalı Kimi Raykkoneni geridə qoyub.

Qeyd edək ki, Alonso ən azı bir mövsüm də F-1-də çıxşını davam etdirəcək. Belə ki, o, “Aston Martin” ilə müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər