Fernandinyo "Xəzər Lənkəran"ın düşərgəsində

Fernandinyo "Xəzər Lənkəran"ın düşərgəsində
Bu gün "Xəzər Lənkəran"ın düşərgəsinə Braziliyadan Fernandinyo adlı futbolçunun gələcəyi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi artıq Ərzurumda komandaya qoşulub.
Bu barədə "Xəzər Lənkəran"ın rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Fernandinyo təxminən dəqiqə sonra yeni klubu ilə ilk məşqinə çıxacaq.
Qeyd edək ki, tam adı Fernando Qabriel Vauqado Ribeyro olan futbolçunun son iş yeri "Parana" olub. 26 yaşlı yarımmüdafiəçi 2013-cü ildə keçdiyi komandada 35 oyuna çıxıb, 1849 dəqiqə oynayıb və 5 qola imza atıb. O, əvvəllər Braziliyanın "İtuano", "Braqantino", "Krikiuma", "Fiqueyrense" və "Mogi Mirim" klublarında oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər