"Xəzər Lənkəran"ın düşərgəsinə Braziliyadan futbolçuların gələcəyi barədə xəbər vermişdik. Komandanın seleksiyaçı-məşqçisi Mario Souzanın bəyəndiyi futbolçular yarımmüdafiəçidi. Onlardan biri plemeyker mövqeyində oynayır.
Fanat.az braziliyalılardan birinin adını dəqiqləşdirib. Etibarlı mənbədən aldığımız məlumata görə, Fernandinyo adlı futbolçu sabah komandanın düşərgəsində olmalıdı. Onunla birbaşa müqavilə imzalanacaq.
Tam adı Fernando Qabriel Vauqado Ribeyro olan futbolçunun son iş yeri "Parana" olub. 26 yaşlı yarımmüdafiəçi 2013-cü ildə keçdiyi komandada 35 oyuna çıxıb, 1849 dəqiqə oynayıb və 5 qola imza atıb. O, əvvəllər Braziliyanın "İtuano", "Braqantino", "Krikiuma", "Fiqueyrense" və "Mogi Mirim" klublarında oynayıb.
Fanat.az