"Fernandeş "Mançester Yunayted"dən getməlidir"

"Fernandeş "Mançester Yunayted"dən getməlidir"

London "Arsenal"ının sabiq müdafiəçisi Martin Kioun "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeşi tənqid edib.

Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:

"Fernandeşə nə demək istəyərdim? Məncə, simulyasiya etməkdən, hər dəfə yerdə qalıb hakimdən mərhəmət ummaqdan əl çəkməsini tələb edərdim. Mən onun oyununa neytral azarkeş kimi baxıram. Bu, reqbi deyil axı...

Fikrimcə, Roy Kin "Yunayted"in oyunlarını izləyərkən indiki kapitanın davranışı onu qıcıqlandırır. Budur müasir futbolçular? Fernandeş mükəməllikdən çox uzaqdır, ancaq istəsə, dəyişə bilər. Baş məşqçi Erik ten Haq ona təsir etməlidir. Alınmasa, Brunu getməlidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər