Fəridə Lütfəliyevaya UEFA-dan növbəti təyinat

Fəridə Lütfəliyevaya UEFA-dan növbəti təyinat

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

Fanat.Az AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər