"Hələlik fərdi qaydada məşq edirəm. Qış fasiləsində yəqin ki, başqa bir kluba keçəcəm". Fanat.az xəbər verir ki, bu sözləri "Kahramanmaraşspor"dan ayrılan Fərid Quliyev deyib.
Türkiyə klubunu maaşını ala bilmədiyi üçün tərk edən futbolçu karyerasını yenidən qardaş ölkədə davam etdirmək istəyir: "Təkliflər var. Karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Bank Asiya I Liqa klublarından təkliflər də var. Mənim də 27-28 yaşım var, oynayan vaxtımdı. Bundan başqa, türkiyədə futbolun səviyyəsi də bizdən yüksəkdi".
Fanat.az