Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb.

Fanat.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə üzgüçülüyün inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Avropa Üzgüçülük Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Avropa Üzgüçülük Federasiyasının vitse-prezidenti Yosip Varvodiç və digər şəxslər iştirak ediblər.

Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər