"Ferentsvaroş"un oyunu təxirə salındı - FOTO

"Ferentsvaroş"un oyunu təxirə salındı - FOTO

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Ferentsvaroş" cavab qarşılaşmasına xüsusi hazırlaşır. Belə ki, macar klubunun təsnifat mərhələsinin revanş oyunundan qabaq ölkə çempionatındakı "Zalaegerseq"ə qarşı keçirəcəyi səfər matçı təxirə salınıb.

Fanat.Az xəbər verir ki, Macarıstan təmsilçisinin "Sofascore" portalında avqustun 6-na planlaşdırılan səfər oyunu "POSTPONED", yəni "təxirə salınıb" kimi göstərilir. 

"Ferentsvaroş"un oyunu təxirə salındı - FOTO

Xatırladaq ki, dünən "Qarabağ"la UEFA ÇL-in III təsnifat mərhələsinin ilk oyunu Bakıda 1:1 hesablı bərabərliklə sona çatıb.

Mərhələnin cavab oyunu avqustun 9-u Macarıstanda keçiriləcək.

Emin 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər