Ferdinand Messinin gələcəyi haqda: “Onun gözləməyə vaxtı varmı?”

Ferdinand Messinin gələcəyi haqda: “Onun gözləməyə vaxtı varmı?”
"Messi bu gün evinə gedərkən nə düşünəcək?” 
Fanat.az xəbər verir ki, bu sözləri İngiltərənin sabiq müdafiəçisi Rio Ferdinand Çempionlar Liqasının dörddəbir finalında "Bavariya”ya (2-8) məğlub olan "Barselona"da 33 yaşlı hücumçu Lionel Messinin gələcəyi barədə fikirlərini bölüşərkən deyib.
"O, komandanın digər Avropa klublarına nisbətən performansını və nəticəsini nəzərə alaraq karyerasının qalan hissəsini də bu formanı geyərək keçirmək istəyərmi? Onun oturub gözləməyə vaxtı varmı?” - sabiq müdafiəçi əlavə edib.
Futbolçunun karyerası sürətlə gedir, amma indi olduğu kimi qarşıdakı iki ildə matçlarda bir dəyişiklik edə biləcəkmi? Ümumiyyətlə, böyük kuboklar uğrunda mübarizədə iştirak etmədən bunu etmək istəyərdimi?" - Ferdinand "BT Sport" un efirində deyib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər