Ferdinand "Arsenal"ı bu səbəbdən daha şanslı sayır

Ferdinand "Arsenal"ı bu səbəbdən daha şanslı sayır

"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand cari mövsüm İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsi barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Football London" onun dediklərini belə çatdırıb:

"Hazırda liqada ən yaxşı müdafiə xətti "Arsenal"dadır. Müdafiənin önündə isə Deklan Rays oynayır. Bu fakt gələcəkdə "topçular"a uğur qazandıracaq. Məhz arxa xətdə belə əlaqə olduğu üçün ciddi nəticəyə imza atacaqlar. Titul qazanmaq istəyirsinizsə, mərkəz müdafiəçiləriniz etibarlı olmalıdırlar. Elə buna görə də "Arsenal"ın çempionluq şansının "Liverpul"unkundan daha çox olduğunu düşünürəm. Onlar bu mövsüm "Mançester Siti"yə əlcək ata bilərlər".

Qeyd edək ki, 13 tura 30 xal toplayan "Arsenal" İPL-in turnir cədvəlinin lideridir. London təmsilçisi 2-ci pillədəki "Mançester Siti"ni 1 xal qabaqlayır. 28 xala malik "Liverpul" isə 3-cü yerdə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər