"Fənərbaxça"nın baş məşqçisi oyunçularını küçə söyüşləri ilə təhqir etdi

"Fənərbaxça"nın baş məşqçisi oyunçularını küçə söyüşləri ilə təhqir etdi
"Fənərbaxça Beko"nun baş məşqçisi Zelko Obradoviç oyunçularını ağır söyüşlərlə təhqir edib.
Fanat.Az xəbər verir ki, hadisə Moskva ÇSKA-sı ilə Avropa Liqasının oyunu zamanı baş verib. Türkiyə klubunun 70:88 hesabı ilə yenildiyi qarşılaşmanın 3-cü hissəsindəki fasilə zamanı özündən çıxan baş məşqçi oyunçuları ağır söyüşlərə qonaq edib.
"Öz gözünüzdə hamınız yaxşı uşaqlarsınız. Hanımınız s... gedin. Datome ("Fənərbaxça"nın italiyalı ulduzu Luici Datome) sən də s... get. Sizdən utanıram. Mahmutoğlu ("Fənərbaxça"nın türk ulduzu Melih Mahmutoğlu) səndən də utanıram" deyə Obradoviç bildirib.
Qeyd edək ki, Avroliqaya uğursuz başlayan "Fənərbaxça Beko" 8 oyunda 2 qələbə qazanıb, 6 dəfə uduzub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər