“Fənərbaxça”nın baş məşqçi postuna iki namizəd

“Fənərbaxça”nın baş məşqçi postuna iki namizəd
Filip Koku ilə yollarını ayıram "Fənərbaxça”nın baş məşqçisi postuna əsas namizədlər müəyyənləşşib.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu hazırda iki namizədi gözdən keçirir. Bunlar fransalı Loran Blan və türkiyəli Kemal Özdeşdi.
"Fənərbaxça”nın fransalı idman direktoru Damien Komollinin həmyerlisini komandanın sükanı arxasına gətirməkdə daha çox maraqlı olduğu bildirilir.
Loran Blanın son iş yeri PSJ olub. 53 yaşlı mütəxəssis 2016-cı ilin iyunundan işsizdir. Kemal Özdeş isə Türkiyənin U-19 yığması ilə yanaşı, "Konyaspor”, "Manisaspor”, "Gənclərbirliyi”, "Balıkesirspor”, "Karşıyaka” və "Kasımpaşa”da çalışıb. 48 yaşlı mütəxəssis son klubundan yayda ayrılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər