"Fənərbaxça" baş məşqçisini qovdu

"Fənərbaxça" baş məşqçisini qovdu
"Fənərbaxça" baş məşqçisi Filip Kokunu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hollandiyalı mütəxəssis Super Liqanın X turunda "Ankaragücü"nə 1:3 hesabı ilə məğlubiyyətdən sonra qovulub.
Oyunsonrası mətbuat konfransına qatılmayan Koku "Şükrü Saracoğlu" stadionunu komandanın avtobusu ilə yox, xüsusi ayrılmış avtomobillə tərk edib. 
Qeyd edək ki, Filip Koku "Fənərbaxça"ya bu mövsümdən rəhbərlik edirdi. Onun dövründə 3 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. Hazırda "Fənərbaxça" 10 oyundan 9 xalla 15-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər