Fələstini dəstəkləyən oyunçu Türkiyə yolunda

Fələstini dəstəkləyən oyunçu Türkiyə yolunda

“Nitsa”nın futbolçusu Yusif Atal karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.

Xəbərə görə, əlcəzairli müdafiəçi "Trabzonspor"un diqqət mərkəzindədir. Qara dəniz təmsilçisi Fransa klubu ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, Yusif Atal 2018-ci ildən “Nitsa”da çıxış edir. O, karyerası ərzində Əlcəzair “Paradou” və Belçikanın “Kortrijk” klublarında da oynayıb. O, noyabrın sonunda Fransanın Nitsa şəhərində həbs edilmişdi. Səbəb kimi onun Fələstin-İsrail münaqişəsi ilə bağlı verdiyi açıqlamalar göstərilirdi. “Zorakılığa çağırış”da ittiham olunan futbolçu sonradan sərbəst buraxılıb. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər