Federasiya rəhbərinin öpüşü ilə FİFA "məşğul olacaq"

Federasiya rəhbərinin öpüşü ilə FİFA "məşğul olacaq"

 FİFA, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin qadınlar arasında dünya çempionatının finalı zamanı davranışına görə ona qarşı intizam işi açıb. 

Fanat.Az xəbər verir ki, o, İspaniya yığmasının qələbəsindən sonra kubok və medalların təqdim olunması mərasimi zamanı komandanın kapitanı Cenni Hermosonun dodaqlarından öpüb.

"Associated Press"in məlumatına görə, FİFA-nın nizam-intizam komitəsi Rubialesin ümumi qəbul edilmiş davranış standartlarını pozub-pozmadığını araşdıracaq. 

"Instagram" hesabında paylaşım edən Hermoso federasiya prezidentinin davranışını bəyənmədiyini bildirib və geniş şərh verməyib. Əvəzində onun maraqlarını təmsil edən həmkarlar ittifaqı belə davranışın yolverilməzliyi barədə bəyanat yayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər