Türkiyə milli komandasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Fatih Terim Ukrayna və İslandiya ilə oyunlara 24 futbolçu çağırıb.
Mütəxəssis ulduz futbolçularla bağlı qərarını dəyişməyib. Belə ki, Arda Turan, Burak Yılmaz, Selcuk İnan, Caner Erkin və Gökhan Gönül yenə yığmaya çağrılmayıb. Terim ötən dəfə heyətdən kənarda qoyduğu futbolçulardan yalnız Hakan Baltaya dəvət göndərib. Həmçinin uzun müddət millidən kənarda qalan Ömer Toprak da heyətdə yer alıb.
24 futbolçudan 8-i legionerdi. Onlar Almaniyanın "Fortuna", "Frayburq", "Bayer", "Borussiya" (Dortmund), "Maynts 05", Fransanın "Mets" və Hollandiyanın "Tvente" klublarında oynayır.
Qapıçılar: Volkan Babacan (Başakşəhir), Onur Kıvrak (Trabzonspor), Harun Tekin (Bursaspor).
Müdafiəçilər: Şener Özbayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (üçü də "Fənərbaxça"), Ahmet Çalık (Gənclərbirliyi), Hakan Balta (Qalatasaray), Kaan Ayhan (Fortuna, Almaniya), Çağlar Söyüncü (Frayburq, Almaniya), Ömer Toprak (Bayer, Almaniya).
Yarımmüdafiəçilər: Volkan Şen, Mehmet Topal, Ozan Tufan (üçü də "Fənərbaxça), Tolqa Ciğerci, Yasin Öztekin (ikisi də "Qalatasaray"), Olcay Şahan (Beşiktaş), Okay Yokuşlu (Trabzonspor), Emre Mor (Borussiya Dortmund, Almaniya), Hakan Çalhanoğlu (Bayer, Almaniya).
Hücumçular: Cenk Tosun (Beşiktaş), Mevlüt Erdinç (Mets, Fransa), Yunus Mallı (Maynts 05, Almaniya), Enes Ünal (Tvente, Hollandiya).
Fanat.Az