Fatih Terimdən Afinadakı olaya sərt reaksiya: "Kimsə bizə qarşı belə davrana bilməz!"

Fatih Terimdən Afinadakı olaya sərt reaksiya: "Kimsə bizə qarşı belə davrana bilməz!"
"Qalatasaray”ın baş məşqçisi Fatih Terim Afinada yaşanan hadisə ilə bağlı açıqlama verib. 
Fanat.Az "Fanatik”ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı yunanların "Qalatasaray"ı hava limanından geri qaytarmasına sərt reaksiya verib:
 
''Türkün qonaqpərvərliyi heç kimdə yoxdur. Kimsə bizə qarşı belə davrana bilməz. Heç kim! Belə davranış xoş deyil. Biz bunu həzm edəcək, ya da kiməsə boyun əyəcək insanlar deyilik. Başda ölkə başçımız olmaqla, bizi müdafiə edən, dəstək verən hər kəsə təşəkkür edirəm”. 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər