Fatih Terim "Qalatasaray" ayrıldığı müddətdə televiziyalarda haqqında söylənən sözlər və iddialara görə məhkəməyə müraciət edib. Fanat.az xəbər verir ki, "İmperator" 9 məhkəmə iddiası qaldırıb.
Bu barədə "Radyospor"a Terimin vəkili Rezan Epözdemir açıqlama verib: "Terimə böhtan atanlar və təhqir edənlərlə bağlı iddia qaldırmışıq, təhminat tələb edirik. 9 məhkəmə iddiamız var. Bundan başqa Radio və Televiziya Qurumuna da müraciət etmişik. Ünal Aysalla Fatih Terimin mesajlarını yayımlayan Rasim Ozan Kütahyalı barədə araşdırma aparırıq. Lazım olsa ona qarşı da iddia qaldıracağıq".