İspaniyalı hücumçu Ansu Fati “Barselona”da qalmaq istəyir.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri Jorje Mendeş məlumat verib:
“Ansu Fati “Barsa”da qalmaq istəyir. Son iki matçda üç qol vurub, o, top-oyunçudur… Bir gün “qızıl top”u qazanacaq, mənə inanın”.
Fati 2022/23 mövsümündə “Barselona”nın heyətində 36 oyunda meydana çıxıb, yeddi qol vurub və üç məhsuldar ötürmə verib.