Topaz Premyer Liqasının VI turunda “Qarabağ” - “Neftçi” matçını (1:1) idarə etmiş Fariz Yusifov cəzalandırılıb. Fanat.az apasport.az-a istinadən xəbər verir ki, sabiq FIFA referisi qarşıdakı 5 turda təyinat almayacaq.
Hələ bir neçə gün öncə müsahibə verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Qarabağ” - “Neftçi” matçında zəif idarəçiliklə yadda qalan Fariz Yusifovun cəzalandırılacağını açıqlamışdı.
Həmin görüşün son dəqiqələrində qonaqların qapısına şübhəli penalti təyin edən Yusifova ağır cəza kəsilib.
Belə ki, təcrübəli referi ölkə çempionatının 7-11-ci turlarında təyinat almayacaq.
Fanat.az