Bu gün I divizionun XXVII turundan təxirə salınmış iki oyunu keçiriləcək. Fanat.az xəbər verir ki, saat 15.00-da başlayacaq qarşılaşmalara təyinatlar açıqlanıb.
"Qaradağ" - "Şuşa" oyunu Fariz Yusifova tapşırılıb. "Şəmkir" - "Bakılı" matçında isə ədaləti Hacəli Ağayev qoruyacaq.
Qaradağ - Şuşa
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Nail Nağıyev.
Hakim-inspektor: Rufulla Kərimov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 15.00.
Şəmkir - Bakılı
Hakimlər: Hacıəli Ağayev, Ruslan Babayev, Aleksandr Musatkin, Şahin İsayev.
Hakim-inspektor: Rafiq Pənahpur.
Şəmkir şəhər Olimpiya idman kompleksinin stadionu. Saat 15.00.
Fanat.az