Hakimlərin ölkə xaricində toplanış keçəcəyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, siyahıda 31 hakim yer alıb. Bunlardan 15-i baş hakim, qalan 16-sı isə laynsmanlardı. Amma burda maraqlı bir məqam var. Məsələ burasındadı ki, siyahıda olan 15 baş hakimin arasında sabiq FİFA referisi Fariz Yusifovun adına rast gəlmədik. Ölkənin təcrübəli hakimlərindən olan Fariz bəyin Antalya toplanışına aparılmaması bir sıra suallara yol açıb. Bu üzdən istər Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, istərsə də elə Yusifovun özü ilə əlaqə saxlamağa çalışacağıq. Bu qaranlıq sualların cavablarını öyrənmək niyyətindəyik.
Bu üzdən məsləni diqqətdə saxlmağa çalışırıq. Ancaq müəyyən səbəblərdən hələ ki, sözügedən şəxslərlə əlaqə saxlamaq mümkün deyil. Gün ərzində məlumat əldə edib nəzərinizə çatdırmağa çalışacağıq...
Fanat.Az