Fanatlar Parisi qarışdırdı: 15 polis yaralandı

Fanatlar Parisi qarışdırdı: 15 polis yaralandı
Parisdə Liqa Kuboku çərçivəsində PSJ ilə qarşılaşan “Bastiya”nın azarkeşləri və polis arasında baş vermiş toqquşma nəticəsində 15 asayiş keşikçisi xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Polis iğtişaşların qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, PSJ “Bastiya” üzərində 4:0 hesablı qələbə qazanaraq Fransa Liqa Kubokuna sahib olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər