Fanatlar derbidən sonra baş məşqçiyə xəsarət yetirdilər

Fanatlar derbidən sonra baş məşqçiyə xəsarət yetirdilər

Serbiyanın "Partizan" komandasının baş məşqçisi Aleksandar Stanoyeviç fanatların hücumuna məruz qalıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Teleqraf.rs" yayıb.

Azarkeşlər ölkə çempionatının IX turu çərçivəsində reallaşan Belqrad derbisində "Srvena Zvezda"dan alınan 0:4 hesablı məğlubiyyətdən sonra "Partizan"ın paltardəyişmə otağına müxtəlif əşyalar ataraq Stanoyeviçə xəsarət yetiriblər. Onun qaşının üstündə və burnunda sıyrıq var.

Qeyd edək ki, qarşılaşmadan əvvəl bir qrup naməlum şəxs "Partizan"ın stadionunu yandıraraq sındırılmış şüşələri meydana səpələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər