Polşanın birinci liqasında sonuncu pillədə mövqe tutan "Zaqlembe"nin baş məşqçisi Aleksandr Xatskeviç fanatların hücumuna məruz qalıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Meczyki" yayıb.
Mənbə komandanın məşqi zamanı bir qrup radikal tərəfdarın bazaya hücum çəkərək Xatskeviçin üzünə zərbə endirdiklərini və ona bir neçə təpik vurduqlarını açıqlayıb. Xəbərə görə, faktı klub da təsdiqləyib.
Daha öncə "Katovitse"yə qarşı keçirdikləri son oyundan (0:4) öncə futbolçulardan taktika qutmağı tələb edən belaruslu mütəxəssisin istefaya göndərildiyi barədə xəbərlər yayılıb.
Nihat