Fanat.az-ın xəbərini "Milliyət" təsdiqlədi

Fanat.az-ın xəbərini "Milliyət" təsdiqlədi

Ötən gün "Qəbələ"nin Yuri Syomini türk mütəxəssislə əvəzləməyə hazırlaşması barədə xəbər vermişdik. Etibarlı mənbədən aldığımız xəbərdə bildirilirdi ki, rusiyalı mütəxəssisin yerini hazırda "Fənərbaxça"da baş məşqçi Ersun Yanalın köməkçisi vəzifəsini tutan İsmail Kartal tutacaq.

Fanat.az-ın xəbərini "Milliyət" qəzeti təsdiq edib. Türkiyənin ən böyük qəzetlərindən birinin internet saytı manşetdən yayımladığı xəbərdə "Qəbələ"nin İsmail Kartalla anlaşdığı bildirilib. Qeyd olunub ki, 52 yaşlı mütəxəssis yaxın günlərdə Azərbaycana gələrək müqavilə imzalayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər