Radamel Falkao və Ceyms Rodridegin "Monako"nu tərk etməsinin səbəbi müəyyənləşib. Fanat.az xəbər verir ki, buna səbəb Fransa klubunun sahibi Dmitri Rıbolovlevin həyat yoldaşından boşanması olub.
Məlumata görə, rus oliqarx Yelena Rıbolovlevdan boşanıb. Məhkəmə onun həyat yoldaşına 4,5 milyard dollar təzminat ödəməsini tələb edib.
Bundan sonra Dmitri Rıbolovlev "Monako" siyasətini dəyişərək, kluba milyonlarla pul xərcləməkdən imtina edib. Rus iş adamı idk addım olaraq klubun 80 milyon dollarlıq vergi borcunu ödəmək üçün Radamel Falkao və Ceyms Rodrigesin gedişinə razılıq verib.
Fanat.az