Sesk Fabreqas iş yerini dəyişə bilər.
Fanat.Az "France Football"-a istinadən xəbər verir ki, Fabreqas "Monako"dan ayrılmağı planlaşdırır. Qətərin "Əl-Qarafa" klubu 33 yaşlı futbolçuya təklif göndərib. Oyunçunun özü və ətrafı keçiddə maraqlıdı.
2019-20 mövsümündə 22 matçda forma şansı əldə edən Fabreqas 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az