"Məm Şimali İrlandiya ilə oyunu görmüşdüm. Azərbaycan yığmasında Moskvadakı oyunla müqayisədə çoxlu dəyişikliklər olub. Heyətdə səkkiz yeni oyunçu var. Şimali irlandiyalılara layiqli qalib gəldiniz. Ancaq biz səhər öz oyunumuzu göstərməliyik". Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib.
İtalyan mütəxəssis Azərbaycan - Rusiya matçının keçiriləcəyi "Bakcell Arena" barədə danışıb: "Oyunun keçirilmə yerini mən seçməmişəm. Bizə bunu yalnız qəbul etmək qalır. Aqronom bizdən qapıçı meydançasını istifadə etməməyi xahiş etdi ki, örtük korlanmasın".
Kapello Aleksandr Səmədovla bağlı da fikir bildirib: "Son günlər biz Lüksemburqla oyun barədə düşünürdük, meydandankənar hadisələr barəsində deyil. Hamı, o cümlədən Səmədov yaxşı oynadı. O, inid yaxşı vəziyyətdədi".
Baş məşqçi Bakıya qələbə dalınca gəldiklərini deyib: "Mən oyunçularıma bizə yalnız bir nəticə lazım olduğunu dedim. Heç-heçə bizi maraqlandırmır. Son dörd görüşdə olduğu kimi yalnız qələbəyə oynayacağıq. Hər oyundan əvvəl komandada həyəcan olur. Ancaq biz bunu kənarlaşdırmağa çalışırıq. Mən komandanı Azərbaycanla oyuna hazırlamaq üçün hər şey edirəm. Bu oyun istənilən oyun kimi bizim üçün çox vacibdi".