Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulur. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupunda artıqt mübarizə başa çatıb.
Milli komandamız evdə Rusiya ilə sülh bağlayıb - 1:1. İsrail - Şimali İrlandiya oyunu da eyni hesabla yekunlaşıb. Portuqaliya isə Lüksemburqu 3:0 hesabı ilə yenib.
Bu nəticələrdən sonra Rusiya 22 xalla birbaşa dünya çempionatına vəsiqə qazanıb. 21 xalı olan Portuqaliya play-off mərhələsində iştirak edəcək. İsrail 14 xalla üçüncü, millimiz 9 xalla 4-cü pilləni tutub. Son iki pillədə qərarlaşan Şimali İrlandiya və Lüksemburqun isə 7 xalı var.
DÇ-2014
Seçmə mərhələ
15 oktyabr
F qrupu
Azərbaycan - Rusiya 0:1
Qol: Roman Şirokov, 17.
Portuqaliya - Lüksemburq 3:0
Qollar: Silvestre Varela, 30. Nani, 36. Helder Poştiqa, 79.
İsrail - Şimali İrlandiya 1:1
Qollar: Eden Ben Basat, 43 - Steven Davis, 72.
| 1 | Rusiya | 10 | 7 | 1 | 2 | 20-5 | 22 |
| 2 | Portuqaliya | 10 | 6 | 3 | 1 | 20-9 | 21 |
| 3 | İsrail | 10 | 3 | 5 | 2 | 19-14 | 14 |
| 4 | Azərbaycan | 10 | 1 | 6 | 3 | 7-11 | 9 |
| 5 | Şimali İrlandiya | 10 | 1 | 4 | 5 | 9-17 | 7 |
| 6 | Lüksemburq | 10 | 1 | 3 | 6 | 7-26 | 6 |