EYOF-da yarışacaq cüdoçular açıqlandı

EYOF-da yarışacaq cüdoçular açıqlandı

Slovakiyanın Banska-Bistritsa şəhərində keçiriləcək Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yarışda ölkəmiz baş məşqçi Elxan Məmmədov və məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 12 idmançı ilə təmsil olunacaq.

Yarışın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək. 26-30 iyul tarixlərində cüdo yarışları baş tutacaq. Festivalda cüdo idman növü üzrə ümumilikdə 42 ölkədən 300-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılar iştirak edəcək.

Oğlanlar 

-55 kq Murad Əliyev

-60 kq Nurlan Kərimli

-66 kq Eltac Yusifli

-73 kq. Qadir Hüseynov

-81 kq. İsmayıl Zamanov

-100 kq.  Əjdər Bağırov

+100 kq. Kənan Nəsibov

Qızlar

-44 kq.  Xumar Qasımzadə

-48 kq.  Könül Əliyeva

-52 kq.  Aydan Vəliyeva

-57 kq. Fidan Əlizadə

+78 kq. Nigar Süleymanova

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər