EYOF: Azərbaycan medal sıralamasında neçənci oldu?

EYOF: Azərbaycan medal sıralamasında neçənci oldu?

Slovakiyanın Banska Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycan medal sıralamasında 18-ci yeri tutub.

Fanat.Az xəbər verir ki, ölkəmizə 8 medalın (2 qızıl, 4 gümüş, 2 bürünc) hamısını cüdo millisinin üzvləri qazandırıb.

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən yaxşı nəticəni göstərib. Gürcüstan (1 qızıl, 6 bürünc) 24-cü, Ermənistan (3 bürünc) isə 33-cü olub.

Postsovet ölkələri arasında isə komandamız ikinci olub. Ukrayna 6 qızıl, 6 gümüş, və 6 bürünc medalla ümumi sıralamada 7-ci yeri tutub.

21 qızıl, 12 gümüş, 14 bürünc medal qazanan İtaliya 1-ci, 9 qızıl, 8 gümüş və 16 bürünc mükafata malik Almaniya 2-ci, 8 qızıl, 7 gümüş və 4 bürüncə yiyələnmiş İspaniya 3-cü olub.

Qeyd edək ki, bundan öncə 2019-cu ildə Bakıda keçirilmiş EYOF-da Azərbaycan 23 medalla (10 qızıl, 7 gümüş, 6 bürünc) 4-cü yeri tutmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər