EYOF: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi

EYOF: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi

Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarının püşkatması keçirilib.

Fanat.Az xəbər verir ki, püşkün nəticəsində Azərbaycanın 12 təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.

Oğlanlar

55 kq 1/8 final. Murad Əliyev - David Erriçiello (İtaliya)

60 kq 1/8 final. Nurlan Kərimli - Matey Klobuçnik (Slovakiya)

66 kq 1/16 final. Eltac Yusifli - İvan Katiç (Xorvatiya)

73 kq 1/16 final. Qədir Hüseynov - Randi Nagel (Estoniya)

81 kq 1/8 final. İsmayıl Zamanov - Luka Zorotoviç (Xorvatiya) / Rohil Noor (Norveç) cütünün qalibi

100 kq 1/4 final. Əjdər Bağırov - Boqdan Petre (Rumıniya)

+100 kq 1/8 final. Kənan Nəsibov - Fedi Xazri (Fransa)

Qızlar

44 kq 1/4 final. Xumar Qasımzadə - Tanzila Muntsurova (Avstriya)

48 kq 1/4 final. Könül Əliyeva - Martina Sekova (Slovakiya) / Viktoriya Sibille (Belçika) cütünün qalibi

52 kq 1/8 final.Aydan Vəliyeva - Helen Riegert (Almaniya) / Larissa Sickinger (Avstriya) cütünün qalibi

57 kq 1/8 final. Fidan Əlizadə - Rakel Bras (Portuqaliya) / Tereza Vanekova (Slovakiya) cütünün qalibi

+78 kq A qrupu Nigar Süleymanova - Morqana De Paoli (İtaliya) Nigar Süleymanova - Bintibe Lang (Fransa)

Qeyd edək ki, 26-29 iyulda fərdi, 30 iyulda isə komanda yarışları keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər