"Əvvəllər əla mövsümlər keçirsəm də..." - Harri Keyn 

"Əvvəllər əla mövsümlər keçirsəm də..." - Harri Keyn 

"Bayern Münhen"in hücumçusu Harri Keyn "Qızıl top" və digər fərdi mükafatlar barədə danışıb.

Fanat.Az xəbər verir ki, ingilis forvardın dediklərini "Bayern & Germany" belə çatdırıb:

"Əvvəllər əla mövsümlər keçirsəm də, komanda ilə heç nə qazana bilmədiyim üçün "Qızıl top" və digər mükafatlara namizəd ola bilməmişəm. Hər şey sizin komanda ilə nə qazanmağınızdan asılıdır. Əlbəttə, bir futbolçu kimi kollektivin ciddi uğurlara imza atmasına yardımçı olmalısan. "Bayern Münhen" üçün bu, Bundesliqa və Çempionlar Liqasıdır. İngiltərə yığması isə Avropa çempionatında sözünü deməlidir. Yalnız bu turnirlərin qalibi olacağım halda, fərdi mükafatlar haqda düşünə bilərəm. Məni tanıyırsınız, belə söhbətləri çox da sevmirəm. Hədəfim komandalarıma - "Bayern" və İngiltərə yığmasına kömək etməkdir".

Qeyd edək ki, cari mövsüm Almaniya Bundesliqasında 19 matça çıxan 30 yaşlı Keyn 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər