"Əvvəllər də ÇL-də belə ağır məğlubiyyət alımışam" - Quardiola

"Əvvəllər də ÇL-də belə ağır məğlubiyyət alımışam" - Quardiola

Ötən gecə Çempionlar Liqasının yarımfinalının cavab görüşündə dramatik şəkildə "Real Madrid"ə uduzan "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis finalın bir addımlığında olmalarına baxmayaraq, mübarizəni dayandırmalarına belə reaksiya bildirib:   

"Söhbət sadəcə, kimin daha çox qol vurmasından gedir. Onlar isə daha çox fərqləndilər. Əvvəllər Çempionlar Liqasında ağır məğlubiyyət almışam. Məsələn, "Barselona" ilə "Çelsi"yə uduzduğum zaman oxşar hissləri keçirmişəm. Bu, bizim üçün ağırdır, bunu inkar edə bilmərəm. Biz finala adlamağa çox yaxın idik. İlk hissədə yaxşı oynamadıq, amma belə bir yarışda bu normaldır”.

Qeyd edək ki, yarımfinalın ilk görüşündə 4:3 hesabıyla qalib gələn "Mançester Siti" Madriddəki cavab matçında 3 top buraxaraq (1:3) mübarizəni dayandırıb.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər