Əvvəl Qurbanov, sonra "Dundalk"un baş məşqçisi

Əvvəl Qurbanov, sonra "Dundalk"un baş məşqçisi
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Dundalk" (İrlandiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
 
Fanat.az xəbər verir ki, iyulun 30-da "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:30-də Suraxanıda yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Dundalk"ın baş məşqçisi isə saat 19:30-da "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Qeyd edək ki, klub tərəfindən ayrılmış avtobus iyulun 30-u, saat 17:15-də media mənsublarını Respublika stadionundan "Azərsun Arena"ya, 18:50-də isə "Azərsun Arena"dan "Dalğa Arena"ya aparacaq.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər