Fransa millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra "Qızıl top" mükafatına sahib çıxdığı rəsmən açıqlanmadığı halda, Lionel Messini təbrik edib.
Fanat.Az xəbər verir ki, o, argentinalı superulduza ürək sözlərini "Instagram"da çatdırıb:
"Qızıl top"u növbəti dəfə qazanmağın münasibəti ilə səni təbrik edirəm, Leo Messi".
Qeyd edək ki, bu mükafatın təqdimat mərasimi bu gün, Fransanın paytaxtı Parisdə keçiriləcək.
Nihat