"Evimdə oynamaq istəyirəm" - Harri Keyn

"Evimdə oynamaq istəyirəm" - Harri Keyn

"Bayern Münhen"nın 30 yaşlı hücumçusu Harri Keyn karyerasını bitirmək barədə düşünmür. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, ulduz futbolçu daha 8-9 mövsüm top qovub AÇ-2028-də oynamaq istəyir.

“30 yaşdan sonra futbolun bitdiyinə inanırlar, azarkeşlər bunun son olduğunu düşünür. Amma mən belə düşünürəm: indi karyeramın ikinci hissəsidir. Ümid edirəm ki, daha 8 və ya 9 il yüksək səviyyədə oynaya bilərəm. İdman tibbinin hazırkı səviyyəsi ilə bu, mümkündür.

Ən yaxşı oyunçulara baxın - Messi, Ronaldu, İbrahimoviç, Levandovski... Hətta "30"-dan sonra daha da yaxşılaşdılar. 2028-ci ildə isə evimdəki Avropa çempionatında oynamaq istəyirəm”.

Qeyd edək ki, AÇ-2028-ə İngiltərə və İrlandiya evsahibliyi edəcək. 

Keyn bu mövsüm "Bayern"in heyətində 10 matça çıxaraq 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər