"Everton"un təklifini geri çevirdim, çünki..." - Ueyn Runi

"Everton"un təklifini geri çevirdim, çünki..." - Ueyn Runi

Ueyn Runi "Everton"u çalışdırmaq təklifini geri çevirib.

Fanat.Az xəbər verir ki, hazırda "Derbi Kaunti"nin baş məşqçisi olan sabiq hücumçunun söylədiklərini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabında paylaşıb:

"Everton" mənim agentimə müraciət edərək danışmaq istədiyini bildirdi. Amma bu təklifi geri çevirdim. Bilirəm ki, nə vaxtsa İPL-də baş məşqçi olacağam. Lakin bu gün "Derbi"də yarımçıq qalan işlərim var. Bu, hazırda hər şeydən önəmlidir".

Xatırladaq ki, Rafael Benites yanvarın 16-da Liverpul klubunun baş məşqçi postundan uzaqlaşdırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər