"Everton" Runi və ya Lemparda tapşırıla bilər

"Everton" Runi və ya Lemparda tapşırıla bilər

"Everton" baş məşqçi axtarışlarını davam etdirir.

Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, Liverpul təmsilçisinin idarəçiləri bu posta iki əsas namizədlə - Frenk Lempard və Ueyn Runi ilə görüşməyi planlaşdırır.

Hazırda Çempionşipdə mübarizə aparan "Derbi Kaunti"ni çalışdıran Runi "Everton"un öz yetirməsidir. O, futbolçu karyerasının ilk dönəmlərini və sonlarını bu klubda keçirib.

İngiltərə millisinin daha bir sabiq ulduzu Lempard isə bir il öncə "Çelsi"dən qovulandan bəri işsizdir.

Xatırladaq ki, ötən ilin yayından "Everton"a baş məşqçilik edən Rafael Benites iki gün öncə istefaya göndərilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər