"Everton" "Real"ın ulduzunu qışda aparacaq

"Everton" "Real"ın ulduzunu qışda aparacaq
"Real"ın yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "The Athleticə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində "Everton" maraqlıdır.Tərəflər artıq danışıqlara başlayıb. Transferin gələn ilin yanvarında reallaşmaq ehtimalı yüksəkdir. 
Komandanın baş məşqçisi Karlo Ançelotti 2013-2015 aralığında çalışdırdığı "Real"da rəhbərliyi altında oynamış futbolçunun Liverpul təmsilçisinə böyük fayda verəcəyinə əmindir.
Qeyd edək ki, İsko 2013-cü ildən "Real"da çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər