"Everton" London nəhənginə "qiymət oxudu"

"Everton" London nəhənginə "qiymət oxudu"

"Everton"un vingeri Entoni Qordon iş yerini dəyişməkdə qərarlıdır.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "Çelsi"yə keçmək istədiyini baş məşqçi Frenk Lemparda və klub rəhbərliyinə çatdırıb.

Xəbərə görə, Qordon bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "zadəganlar"a qoşulmaqla İngiltərə millisinin heyətində DÇ-2022-yə yollanmaq şansını artıracağına da əmindir. Mənbə "Everton"un bu transfer üçün London nəhəngindən bonuslar daxil olmaqla, 60 milyon funt sterlinq (təxminən 71 milyon avro) tələb etdiyini açıqlayıb. Tərəflərin indilik ortaq məxrəcə gəlmədikləri, danışıqların davam etdirildiyi bildirilib.  

Qeyd edək ki, Qordon "Everton"un öz yetirməsidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər