"Everton" hələ belə bərbad olmamışdı

"Everton" hələ belə bərbad olmamışdı

"Everton" klub tarixinin ən pis nəticəsinə imza atıb.

Fanat.Az xəbər verir ki, Liverpul təmsilçisi cari mövsüm öz meydanında keçirdiyi 7 oyundan 4 xal toplayıb.

Bu, hazırda Şon Dayçın rəhbərlik etdiyi komanda üçün antirekorddur. 

"Qudison Park"da çıxdığı qarşılaşmalardan yalnız birində qələbə qazanan ("Bornmut"u 3:0 hesabı ilə üstələyiblər) "Everton" evdə "Brayton"la heç-heçəyə də nail olub - 1:1.  

Xatırladaq ki, maliyyə feyr-pleyini pozduğu üçün 10 xalı silinən Liverpul klubu hazırda İPL-in turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Dayçın komandası İPL-in son turunda evdə "Mançester Yunayted"ə 0:3 hesabı ilə yenilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər