"Everton" Dele Allini bu səbəbdən satır

"Everton" Dele Allini bu səbəbdən satır

"Everton" yarımmüdafiəçisi Dele Allidən qurtulmaq istəyir.

Fanat.Az xəbər verir ki, "The Sun"a istinadən xəbər verir ki, "Everton" ümidləri doğrultmayan 26 yaşlı oyunçunun sabiq klubuna - "Tottenhem"ə əlavə bonuslar ödəmək istəmədiyi üçün onu satmaqda qərarlıdır.

Belə ki, 2019-cu ildən İngiltərə millisinə çağırılmayan Delenin müqaviləsindəki xüsusi bəndə əsasən, oyunçu müəyyən sayda matça çıxandan sonra Liverpul təmsilçisi "Tottenhem"ə əlavə 25 milyon avro ödəməlidir. Bu səbəbdən meydanda olduğu 9 Premyer Liqa qarşılaşmasında qol və məhsuldar ötürmə ilə yadda qalmayan futbolçudan qurtulmaq vacibə çevrilib. 

Xəbərə görə, "Everton" Allini 25 milyon avroya satmağa hazırdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər