"Everton" azarkeşləri etiraz aksiyası keçirdilər - FOTO

"Everton" azarkeşləri etiraz aksiyası keçirdilər - FOTO

“Everton” kklubunun azarkeşləri ötən gecə İngiltərə Premyer Liqasının Londondakı mənzil-qərargahında etiraz aksiyasıkeçiriblər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin məlumatına görə, mersisaydlı tərəfdarlar maliyyə feyr-pley qaydalarını pozmaqda günahlandırılan komandanın hesabından on xalın silinməsinə etirazlarını çatdırıblar. 

"Everton"un azarkeşləri Premyer Liqanın baş qərargahının binasına bayraqlar və üzərində “korrupsioner” yazılmış plakatlarla gəliblər. Vurğulanıb ki, bu, etiraz aksiyasının hələ başlanğıcıdır. "Everton" azarkeşləri etiraz aksiyası keçirdilər - FOTO Xatırladaq ki, Premyer Liqa "Everton"dan şikayət verib və bu şikayətə müstəqil komissiya tərəfindən baxılıb. Müəyyən edilib ki, 2021/2022 mövsümündə klub 124,5 milyon funt-sterlinq xərcləyib ki, bu da icazə verilən həddi (105 milyon) keçib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər