Eto’o Türkiyə klubundan ayrıldı

Eto’o Türkiyə klubundan ayrıldı

Samuel Eto’o Türkiyənin "Konyaspor” klubundan gedib.

 

 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

 

Klub rəhbərliyi ilə kamerunlu ulduz görüşərək durumu müzakirə edib və tərəflər qarşılıqlı razılıq əsasında vidalaşıb. Konyalılar Eto’oya 1 milyon avro təzminat ödəyəcək.

 

 

Hücumçu "Konyaspor”a ötən qış "Antalyaspor”dan gəlmişdi. Həmin vaxt 2,5 illik müqaviləyə imza atan 37 yaşlı futbolçunun Konya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2020-ci ildə bitəcəkdi.

 

 

Eto’o "Konyaspor” forması ilə meydana çıxdığı 14 matçda 6 qol vurub.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər