"Mahir hücumun mərkəzində tək olacaq" - "Legiya"nın baş məşqçisi

"Mahir hücumun mərkəzində tək olacaq" - "Legiya"nın baş məşqçisi
Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın "Legiya" klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Norveç "Budyo Qlimt"i ilə qarşılaşacaq. 
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixneviç oyunöncəsi keçirilən mətbuat konfransında çıxış edib.
Jurnalistlərdən biri mütəxəssisə "Hücumda Mahir Emreli tək olacaq, yoxsa Tomaş Pekxartla duet təşkil edəcək" sualını ünvanlayıb. 
Mixneviçin cavab isə belə olub: "Mahir və Tomaşı gələcəkdə əsas heyətdə görə bilərik. İkisi eyni vaxtda oynaya bilər. Bu tandemi gələcək oyunlarda mütləq görəcəyik. Ancaq belə bir taktiki planı reallaşdırmaq üçün məşqlər zamanı bəzi elementləri tətbiq etməliyik. Həm Mahir, həm də Tomaşın duet şəklində oynamaq təcrübəsi var. Bu plan bizim gələcəyimizə müsbət təsir edəcək. Nəzərə almaq lazımdır ki, bizim digər hücumçularımız da var. Rafa Lopes, Katsper Kostoj və Şimon Vlodarçik də klubun hücumçularıdır. Amma reallıq budur ki, "Budyo Qlimt"ə qarşı birinci oyunda olduğu kimi başlayacağıq."
Qeyd edək ki, Varşavada keçiriləcək "Legiya" -  "Budyo Qlimt" matçı sabah Bakı vaxtı ilə 22:00-da start götürəcək. 
Xatırladaq ki, Norveçdə keçirilən ilk oyun "Legiya"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə Mahir dubla imza atıb.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər